• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 27.12.2023 12:05

Qarabağda su anbarlarının təmir-bərpası ilə bağlı aparılan işlər açıqlanıb

KepezTV Player

Bu il Tərtərdə yerləşən Suqovuşan, Ağdamda Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb. Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub. Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, ötən müddət ərzində Laçında  Zabuxçay su anbarının tikintisi davam etdirilib.