Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Prezidentinin Sankt-Peterburqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. İki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı məmnunluqla qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Bu gün həmçinin, Prezident İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri “Yekaterina sarayı” ilə tanış olublar. XVIII əsr memarlığının şah əsərinin inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir. Sankt-Peterburqda “Böyük Peterhof Sarayı” ilə də tanışlıq olub.
Hazırda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
Vüsale Cənnətova
- Baxış: 173