• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 25.12.2023 11:49

Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü dekabrın 30-u, bayramdan sonra ilk iş günü isə yanvarın 7-si tarixidir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü dekabrın 30-u, bayramdan sonra ilk iş günü isə yanvarın 4-ü tarixləri müəyyən olunub.