• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 25.12.2023 08:02

Zabux kəndinə növbəti köç karvanı yola düşüb

KepezTV Player

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola düşüb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakıdan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb. İndiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.