• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 23.12.2023 20:16

Güclü külək fəsadlar yaradıb

KepezTV Player

Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb. Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib. Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Bir neçə yerdə külək dam örtüyünü aparıb. Elektrik naqillərini sıradan çıxarıb.

Güclü külək Gəncənin mərkəzi meydanında yeni il bayramı üçün quraşdırılan “yolka”nı aşırıb. 

Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Azad Mustafayev