• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 23.12.2023 19:55

Stadionda işıq dirəyi aşıb, oyun dayandırılıb

KepezTV Player

Güclü külək Tovuzda da fəsadlar yaradıb. Premyer Liqanın XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” oyunun ikinci hissəsindən başlayan külək nəticəsində oyunun 81-ci dəqiqəsində işıq dirəklərindən biri qırılaraq meydana düşüb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, tamaşaçılar və oyun iştirakçıları təhlükəsiz şəkildə təxliyyə ediliblər. Oyun sabah saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdiriləcək.