• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 23.12.2023 19:52

MSK-nın iclası keçirilib

KepezTV Player

Seçicilərin səsvermə yeri və vaxtı barədə məlumatlandırılması üçün bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası ilə bağlı MSK xüsusi sənəd qəbul edib. Səsvermə gününə 40 gün qalanadək bildirişlərin hazırlanması sənəddə öz əksini tapmalıdır. Sənəddə həmçinin, seçici və səs verəcəyi məntəqənin ünvanı barədə məlumat da öz əksini tapacaq. Bildirişlərdə səsvermə proseduru ilə bağlı müfəssəl məlumat yerləşdiriləcək. MSK-nın qərarına əsasən, 6 milyon 524 min 203 bildiriş müəyyən mətbəə üsulu ilə çap olunacaq. Komitə sədri Məzahir Pənahov azad edilmiş ərazilərdə səs verəcək vətəndaşlara çatdırılacaq bildirişlərdən də danışıb.