• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 23.12.2023 13:17

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub

KepezTV Player

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə həlak olanlardan 3-ü zabit, digər 3-ü isə sıravi hərbi qulluqçulardır.
Məlumata görə, terrorçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb. Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terrorçu məhv edilib. 

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib. Bildirilib ki, ölkəmiz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik.