İşğaldan azad edilmiş ərazilərdə görülən işlər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həyata keçirilir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində deyib.
Anar Quliyev- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri: “Bu ilin sonunda proqram çərçivəsində ümumilikdə 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur. Bunlardan 9-u şəhər, 91-i isə əsasən qəsəbə və kəndləri əhatə edir. "Çox güman ki, 2024-cü ilin sonuna planlaşdırma işləri tam yekunlaşacaq. Birinci proqram çərçivəsində 140 minə yaxın insanın köçməsi nəzərdə tutulubsa, artıq növbəti illərdə daha çox insan evlərinə qayıda biləcək”.
Tədbirdə iştiak edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd isə Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi forumun ölkə üçün əhəmiyyətindən bəhs edib.
Maimunah Mohd- BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: “2026-cı ildə ilk dəfə olaraq Bakı şəhəri, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək. Bilirəm ki, Azərbaycan bu foruma çox yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan xalqının qonaqpərvərliyi dillər əzbəridir”.
Vüsalə Cənnətova
Azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsinin planlaşdırma işləri 2024-cü ilin sonuna yekunlaşacaq
2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək

- Baxış: 200