• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 22.12.2023 19:44

Şagirdlərin tədrisə adaptasiyası üçün müəllimlərə təlim keçirilib

KepezTV Player

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gəncədə ibtidai sinif müəllimləri üçün “Şagirdlərin dərslərə köklənməsinin və dərsləri daha yaxşı mənimsəməsinin artırılması” adlı görüş keçirilib. Görüşdə Gəncə, Göygöl, Daşkəsən və Samuxdan olan 200-ə yaxın pedaqoq iştirak edib. Müəllimlərə şagirdlərin potensiallarını ortaya çıxara bilmələrinə köməklik etməyin yolları izah edilib. Tədbirdə iştirakçılara yeni innovativ üsulların tədrisdə tətbiqi də aşılanıb. Mövzu ətrafında diskusiya aparılıb.  

Samir Vəliyev- mütəxəssis: “Bizim 6 pilləli hədəf kürsümüz var. Həmin hədəf kürsümüzdə öz səviyyələrini biləcəklər. Səviyyələrini bildikdən sonra qarşılarına bir hədəfi, məqsədi olur ki, mən bir pillə yüksək səviyyəyə qalxım. Ona görə də mərkəzləşmiş imtahanda iştirak edəcəklər. Səviyyələrini bildikdən sonra qarşılarına məqsəd qoyacaqlar”.

Günel Məmmədova- müəllimə: “Belə tədbirlərin biz müəllimlər üçün çox böyük faydası vardır. Bu tədbirdə biz uşaqların dərsə cəlb olunması, interaktiv təlim mühitinin yaradılması və müxtəlif strategiyaların dərs prosesində tətbiqi haqqında müzakirələr elədik”.

Elnur Rzayev