KepezTV Player
Astara rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb. Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
- Baxış: 150