• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 19.12.2023 19:44

Neo-imperalist qüvvələrə güvənən Ermənistanın "sülh"ü

KepezTV Player

Görünən odur ki, Azərbaycan tərəfindən bütün çağırışlara baxmayaraq Ermənistan, sistematik şəkildə sülhdən yayınır. İmzalanmasına böyük ümidlər olan sülh müqaviləsindən qaçır. Yəni Ermənistan havadarlarının ortaya qoyduğu mövqe buna maneə olur.  Düzdür, tərəflər arasında vasitəçisiz görüş, əsir mübadiləsi və birgə bəyanat ümid qığılcımları yaratsa da, hələ də ortada konkret nəticə yoxdur. 

Tural İsmayılov- siyasi şərhçi: “Fransa və qərbin neo-imperalist dairələrinin xüsusi marağı var. Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası adı altındakı casus şəbəkəsinin sayının 209-a qədər qaldırılmağı fonunda sülhlə bağlı vəziyyətin dalana dirənməsi, ortaya haqlı və müəyyən şübhələrin çıxmağına da səbəb olur. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa heç bir yolu qalmayıbdır. Hesab edirəm ki, iki ölkə münasibətlərindəki yeniliklər və prespektivlər məhz bu məsələ üzərinə fokuslanıbdır”.

Ermənistan özünü beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanla münasibətlərin qurulmasında maraqlı tərəf kimi göstərsə də, reallıq bunu təsdiqləmir. Sülhdən yayınır və çırkin oyunlar oynayır.

Yeganə Hacıyeva- politoloq: “Hərbi sənayesini inkişaf etdirir və bununla da arada qazandığı sülh sazişini imzalayırmış kimi, kommunikasiyaları açırmış kimi, qonşularla münasibətləri yaxşılaşdırırmış kimi göstərdiyi zamanlarda vaxt qazanır. Bu qazandığı vaxtda da daha sonra özünün güclənməsinə və nəhayət yenidən Azərbaycana qarşı torpaq iddiaları irəli sürmək planı üzərində işləyir. Bunu Ermənistan rəhbərliyi heç gizlətmirlər də”.

Azərbaycan sülhə köklənsə də hərbi potensialını da zənginləşdirir. Necə deyərlər; “itlə dostluq elə, amma çomağını əlindən buraxma”. 

Şair Ramaldanov- hərbi ekspert: “Sülh müqaviləsinin bağlanmasının iki yolu var. Biri danışıqlar yolu, digəri isə sülhə məcbur etmək yoludur. Əgər ehtiyac olarsa, zərurət yaranarsa Azərbaycanın imkanları yetərli qədərdir ki, Ermənistanı sülh müqaviləsinin bağlanmasına məcbur etmə təsirlərindən istifadə edərək buna nail olsun”.

İstər Vətən müharibəsində, istərsə də antiterror tədbirlərində Azərbaycan “dəmir yumruq”la ədaləti bərpa etdi. Sülhü də bərqərar etmək üçün imkanları yetərincədir. Ermənistanın isə seçimi sadəcə düzgün variantın üzərində dayanmaqdır, dəyərləndirmək öz əllərindədir.

Elnur Vahidoğlu