• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2427
— 19.12.2023 16:26

MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiqləyib

KepezTV Player

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilib. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub. Mərkəzi Seçki Komissiyası YAP-ın növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrini də qeydə alıb. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr, Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.