• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 18.12.2023 15:12

Ceyhun Bayramov: Diplomatiya həftəsi çox önəmli və rəmzi məna daşıyır

KepezTV Player

"Diplomatiya həftəsi çox önəmli və rəmzi məna daşıyır". Xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Diplomatiya könüllüləri” üçün diplomatiya həftəsinin açılış mərasimində belə deyib. Nazir qeyd edib ki, xarici siyasətin formalaşdırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün də ölkəmizdə Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 

Ceyhun Bayramov - xarici işlər naziri: 2020-ci ilin 44 günlük vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində 24 saatlıq antiterror tədbirləri nəticəsində erməni silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna son qoyulması ilə ölkəmizin bütün ərazilərində suvenerenliyinin tam bərpa olunması təmin edilmişdir. Bu, bir tərəfdən tarixi ədalət beynəlxalq hüququn bərqərar olunması ilə yanaşı olaraq hesab edirik ki, Azərbaycan dövlətinin inkişafı üçün Azərbaycan xarici siyasəti prizmasından isə yeni üfiqlərin açılması istiqamətində böyük bir yeni imkanlar yaradır.