• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 15.12.2023 10:45

Gənclər daha çox hansı səbəblərdən özünə qapanır?

Geridə qoyduğumuz həyat yolu bəzən yalan, aldanış, xəyanət və məyusluqla dolu olur. Təcrübələrimiz vasitəsilə həyat bizə yaxşı dərslər verir və ancaq təəssüf ki, bəzi hallarda bu dərslərin bizə yaşatdığı travmaların öhdəsindən gəlməkdə çətinlik çəkirik. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq ağırlaşır, gənclər də erkən depressiyaya qapılırlar. Artıq insanlardan uzaqlaşır və getdikcə daha dərin bir böhrana qərq olurlar.

Eyni zamanda, gələcək qayğısı, karyera planlama ilə bağlı yaşanılan stress və gərginlik də gənclərdəki depressiya hallarını artırır.

Ləman Əmirova- tələbə: "Ailəm müəyyən vaxtlarda məni sıxır və mən buna bəzən dözə bilməsəm də, çalışıram ki, onların istəklərinə də qulaq asam".

Müsahibimizin dediklərinə görə, müəyyən vaxtlarda düşüncələrimizlə ailəmizin fikirləri üst-üstə düşməyə bilər. Ancaq bu yerdə psixoloqlar deyir ki, təmkinli və səbrli davranmaq lazımdır. Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz, amalımız, hədəfimiz. Və hamını birləşdirən bir xüsusiyyət var- daim axtarışda olmaq. İstənilən halda ruhumuz ehtiyacı olanı sonunda tapır.

Və qəlbimizin isə qəribə bir xüsusiyyəti var: o, bir gün mütləq sağalır. Hər çətinlik geridə qalır. Bunun olması üçün isə insanlardan uzaqlaşmamaq, mübarizədən geri durmamaq lazımdır.

Tellan Zeynalova

 

ƏTRAFLI...