KepezTV Player
Lerikin Noda kənd sakinləri - 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı -1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova yaşayış evində maye qaz balonunun partlaması nəticəsində ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Qadının vəziyyəti daha ağırdır və o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 134