• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 14.12.2023 10:21

Epilepsiya

Sağlamlıq bizə dünyaya göz açandan verilən dəyərli xəzinədir. Ancaq bəzən həmin xəzinəni qorumaq mümkün olmur. Gün ərzində yaşadığımız stress və yorğunluq bizim üçün müxtəlif xəstəliklərin qapsını açır. 

Epilepsiya xroniki bir xəstəlikdir. Xəstəlik zamanı onun yaranma səbəbini dəqiq müəyyənləşdirmək mümkün deyil. Doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır. Bu xəstəlik istənilən yaşda meydana gələ bilər.

Elsəvər Cabbarov- Həkim-fizioterapevt: “Epilepsiya dünya əhalisinin 1%-nə təsir edən bir xəstəlikdir. Xəstəlik kişilərdə və qadınlarda bərabər şəkildə görülür. Epileptik tutmalar hər yaşda ola bilər. Ən çox cavanlarda, əksər hallarda isə yaşlı nəsildə görülür. Epileptik tutmalar qısa müddətli beyin funksiyalarının pozulması ilə əlaqələndirilir. Və beyin hüceyrələrinin müvəqqəti anormal elektrik dalması nəticəsində meydana gəlir”.

Epilepsiya xəstəliyi dərmanlarla müalicə olunur. Müalicə nəticəsində  dərmanların mütəmadi qəbulu  tutmaları 70% nisbətdə azalda bilir. Baş verən krizlər  50-80 faiz nəzarət altına alına bilər. Müalicənin müddəti isə xəstəliyin şiddətindən və  növündən  asılıdır. Bəzən 2-4 il, bəzənsə ömür boyu müalicə davam edir. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da vardır. Təcrübədə görülür ki, uşaqlıq epilepsiyaları yaşla əlaqədar olaraq  öz-özünə də keçə bilər. Lakin ömür boyu davam edən formalar da mövcuddur. Dərman müalicəsinə cavab verməyən xəstələrə cərrahi müalicə forması tətbiq edilir. Başqa bir əlamət  isə, qıcolmadır. Bu zaman əllərinizlə və ya hansısa bir əşya vasitəsi ilə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzənləməyə cəhd etməyin. Bununla ona zərər gətirə bilərsiniz. Xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə nəzarət etmək vacibdir. Xəstənin ağzına heç bir maye tökmək və ya dərman içirmək olmaz.

Günay Əsgərova

ƏTRAFLI...