• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 11.12.2023 10:18

Ədəbiyyatımızda inqilab yaradan qadın obrazları

Müasir cəmiyyətimizdə qadının üzərinə böyük yük düşdüyü ilə bağlı düşüncələri az qala hər gün eşidirik. “Qadın anadır”, “filankəsin bacısıdır”, ”həyat yoldaşıdır” kimi fikirlərə tez-tez rast gəlirik. Bəs ədəbiyyatımızda inqilab yaradan qadın surətləri necə təsvir edilib?

Xuraman Tarverdiyeva – Azərbaycan dili və ədəbiyyat müəllimi:  “Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə qadın mövzusuna fərqli yanaşmalar olub. Yəni qadın mövzusu hər zaman şairləri, yazıçıları düşündürən mövzu olmuşdur. Hələ Nizami Gəncəvinin dövründən aparıcı mövzu idi”.

Nizami Gəncəvi "Nüşabə" obrazının timsalında qadını belə görmək istəyib.

Qadındır, kişidən ürəkli, qoçaq,

Dəniz incisindən təmiz və parlaq.

Tayı yox şüurda, adda və sanda,

O, rəiyyət becərir çətin zamanda.

Leyla Əliyeva

 

ƏTRAFLI...