Gəncə gəncləri Ulu Öndər Heydər Əliyevi anıb. Görüşdə Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əvəzolunmaz rolundan danışılıb. Azərbaycan dövlətinin memarının və qurucusunun, xalqının və dövlətinin inkişafı naminə gördüyü işlərdən söz açılıb. Tədbirdə "Heydər Əliyev- 100. Böyük vətəndaş, böyük azərbaycanlı, böyük siyasətçi, böyük lider" adlı film nümayiş olunub.
Amil Qurbanov- Gənclər Evinin direktoru: “Çalışdıq ki, gənclərimizə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər irsini təbliğ edək. Bilirsiniz, Ulu Öndərimiz birinci və ikinci hakimiyyəti dövründə hər zaman gənclərə dəyər verib, hər zaman onları dəstəkləyib. Və bunun nəticəsi olaraq da, o dövrdən başlayan inkişafın, gənclər ilə bağlı inkişafın, strategiyanın nəticəsi günümüzdə cənab prezidentimizin dəstəklənməsi ilə nəticələndi. Və 44 günlük müharibədə biz onu gördük ki, gənclərimiz və millətimiz birlikdə cənab prezidentimizin ətrafında necə yumruq kimi birləşir”.
Ramin Paşayev
- Baxış: 268