• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 12.03.2019 16:30

Əmək haqqının artımı minnətdarlıqla qarşılanır

KepezTV Player

Ötən gün ölkə başçısı tərəfindən imzalanan sərəncamla teatr və konsert müəssisələrində çalışanların aylıq maaşları 50 faiz artırılmasına Gəncənin teatr işçiləri də sevinir. Aktyorlardan tutmuş inizbati işçilərə qədər hər kəsin sosial müdafiənin gücləndirilməsinə yönələn bu addımdan bəs tamaşaçıların payı nə olacaq? Əməkdaşımız Elnur Vahidoğlu ümumilikdə 180 işçisi olan Gəncə Dövlət Kukla və dram Teatrlarında bu sualın cavabını axtarıb, izləyək.
 

Artıq 5 ildir Taleh Ələkbərov Gəncə Dövlət Kukla Teatrında işıqçı vəzifəsində çalışır. O, ilk dəfə teatra işə qəbul olanda aylıq maaşı 105 manat olub və sonra isə məvacibi 140 manata qalxıb. Minimum əmək haqqının 180 manata çatdırılmasında sonra ölkə prezidentinin maaş artımı ilə bağlı məlum sərəncamı onun da sevincinə səbəb olub.

Taleh Ələkbərov - işıqçı: Ailəmiz üçün çətinlik yaradırdı. İki övladım var, uşaqların arzularını istəklərini yerinə yetirməkdə çətinlik çəkirdim.Evimin təmirə ehtiyacı var. Maddi durum çətinlik yaradırdı, bunları edə bilmirdi. Cənab prezidentin sərəncamı ilə maaşlarımız 50 faiz artdı. Çox sağ olsun. Artıq 270-280 manat əmək haqqı alacam.Bu da mənim ailə büdcəmə çox böyük təsir edəcək.

44 nəfərin çalışdığı Gəncə Dövlət Kukla Teatrında işçilərdən 8 nəfəri aktyor, 2-si isə rejissordur. 3 nəfər əməkdar artistin, 2 nəfər prezident mükafatçısının yer aldığı kollektivdə ailə və sosial qayğılarının aradan qaldırılmasına imkan verən maaş artımı böyük dəstək hesab edilir.

Ramiz Məmmədov - işıqçı: 139 manat maaş alırdım. Həyət evində yaşayıram. Həyətdə təmir işi ilə bağlı çətinlik çəkirdim. Prezidentimizin fərmanına əsasən maaşımız 50 faiz qalxdı. Çətinlik çəkmərəm, həyətdə ki, təmir işlərini gördürə biləcəm.

Mahirə Haqverdiyeva - aktrisa - Xarkov İncəsənət Akademiyyasının rejissorluq fakültəsini bitirmişəm. Maaşımız qalxıb, fikirləşirəm ki, magistraturanı Türkiyədə oxuyum. Aldığımız maaşın köməyi dəyər.

124 illik tarixi olan Gəncə Dövlət Dram Teatrının 136 nəfərlik kollektivinin də işində də əlavə stimul yaranıb. Kollektivdə tutduğu vəzifədən asılı olaraq 137-350 manat arası maaş alanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi maddi-rifah halının yaxşılaşıdırılmasına yönələn addım olaraq dəyərləndirilir.

Rahilə Məmmədova - əməkdar artist: Bu bizim ailə büdcəmizə çox böyük köməkdi. İncəsənətdə maaş az idi. 50 faiz artım bizim üçün çox böyük mükafatdı. Bir insan kimi özümün həyət-məişət tərzimə böyük təsir edəcək.

Əmək haqqının artırılması rolların daha həvəslə icrasına, yeni səhnə əsərləri üzərində işlərə başlanılmasına, zamanın tələbinə uyğun, tamaşaçı zövqünə uyğun tamaşalar üzərində işləməyə sövq edir.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Maddi çətinliklər insanları ruhdan salırdı. Çətinliklər yaşadıqda bu iş yerinə də gəlib çıxırdı. Bu problemlər də artıq iş yerinə də öz təsirini göstərirdi. Bu 50 faiz əmək haqqının qalxması həmin problemlərin aradan qalxması deməkdir. Bu baxımdan çox təqdirə layiq bir sərəncam oldu. Çalışacağıq ki, öz əməli işimizlə yəni tamaşalarımızla həmişə göstərilən bu qayğının cavabını yüksək səviyyədə qaytaraq.

Bundan öncə ölkə prezidentinin imzaladığı sərəncamla bölgədə faəliyyət göstərən 6 teatra, o cümlədən Gəncə Dövlət Dram Teatrına 100 min manat dövlət büdcəsindən bir dəfəlik yardımın ayrılıb.

 

Elnur Vahidoğlu