• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 08.12.2023 15:12

Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

KepezTV Player

Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli-Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 17 min nəfər əhalinin yaşadığı, 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayrılıb.