• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 07.12.2023 10:10

Potenssiallı kadr

Hər birimizin arzusu odur ki, qısa bir zamanda iş tapaq və potenssiallı işçilərdən biri olaq. Ancaq bir çoxumuz müsahibə mərhələsindən uğurlu keçə bilmirik. İş müsahibələri bir çox faktorlara görə bir-birinə nə qədər bənzəsə də, fərqlənir. Müsahibə zamanı iddialı olduğunuzu göstərən xarakter nümunələri hansılardır? Bu haqqda müsahibimiz bizi məlumatlandıracaq.

Humay Qasımova – təlimçi mentor: “Artıq 4 ildən çoxdur ki, gənclər sferasında fəaliyyət göstərirəm. Düşünürəm ki, beynalxalq tədbirlərin və layihələrin keçirilməsi ölkənin inkişafına çox böyük təsir edir. Hər hansı bir təcrübənin əldə edilməsi bir gəncin karyerası və istiqamətləndirilməsi üçün böyük rol oynayır. Və beynalxalq tədbirlər daha çox toleransın və fikir aydınlığının artmasını yaradır. Bundan əlavə, həm dünya görüşünün formalaşmasına, həm də iş müsahibələrindən uğurlu keçmək üçün müəyyən faydalar verə bilər”.

Hər bir işaxtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: necə başlamalı və potenssiallı biri olmaq üçün nə etməliyik? Rəhbər üçün ideal əməkdaş o şəxsdir ki, işlədiyi sferaya dair yüksək savadı, dünyagörüşü və iş təcrübəsi var. Ölkənin davamlı sosial-iqtisadi inkişafında, təhsil sahəsində aparılan islahatlar mühüm əhəmiyyət daşıyır. Son illər davamlı sosial iqtisadi inkişafında innovativ biliklərin əldə edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bu da respublikamızda potenssialı kadrların inkişafı üçün çox önəmlidir. Son ilin statistikasına əsasən, Respublikamızda işsizliyin sayı azalıb. Artıq ətrafımızda potenssiallı kadrların sayı artır. Bunun üçün eyni zamanda, komanda ilə işləməyi bacarmaq lazımdır. Komanda işi effektiv şəkildə bir qrupla iş bölgüsü edərək işləməkdir. Ünsiyyət və özünü idarəetmə kimi bir çox əsas xarakterik cəhətlər insanın komandada işləmə qabiliyyətini dəstəkləyir. Effektiv bir komanda, hər bir komanda üzvünün ümumi bir hədəfə çatmaq üçün bacarıq və istedadlarından istifadə edərək kollektiv formada işləməsidir. Fikir versəniz, ən böyük layihələrin arxasında yaxşı bir komandanın olduğunu görəcəksiniz. Güclü iş əlaqələri qurmaq və daha yaxşı nəticələr əldə etmək üçün bu mütləqdir.

Günay Əsgərova

ƏTRAFLI...