Azərbaycan xalqının əsrlərdən gələn fədakarlıq, xeyirxahlıq, təmənnasız kömək və könüllülük ənənələrini hələ də yaşatmağı bacaran gənclər var. Söhbət, öz iradəsi və seçimi əsasında fəaliyyət göstərən könüllülərdən gedir.
Niyaz Əliyev- Tədris mərkəzinin rəhbəri: “Könülülər günü bizim üçün çox önəmlidir. Artıq neçə ildir ki, könüllü fəaliyyəti ilə məşğulam və uğurlarım da o gündən başlayıb. Biz könülülük üçün qapıları döyəndə hər kəs təccübblə baxırdı. Artıq ama tam fərqlidir. Könüllük təcrübə və dostluq münasibətlərini də özü ilə bərabər gətirir”.
Gülşən Səfərova- “Davam“ Gənclər Hərəkatının koordinatoru: “Gənclərin öz bacarıqlarının formalaşdırılmasına könüllülüyün əvəzsiz rolu vardır. Bir çox könüllülük təşkilatlarında könüllü şəkildə fəaliyyətimi davam etdirirəm”.
Ceyhun İsmayılov- “Gəncə maarif evi”nin gənclər üzrə koordinatoru: “Özüm Gənclər evində könüllü olaraq başlamışam, hal-hazırda koordinator olaraq fəaliyyət göstərirəm. Könüllü olduqda siz digər yaşıdlarınızdan dost və təcrübələrinizə görə fərqlənirsiniz”.
Cəvahir Şabanova- Riib könüllüsü: "Könüllülük gənc olaraq mənə təcrübə və dostlar qazandırmaqdadır. Həmçinin, gələcək karyera planlanmasında əvəzsiz rolu vardır”.
Ölkəmizdə bu sahə üzrə əsl inkişaf ulu öndər H.Əliyevin hakimiyyətə qayışından sonra başlayıb və gənclər tərəfindən hələ də böyük həvəs və məsuliyyətlə davam etdirilir. Prezident İlham Əliyevin də bu sahəyə böyük diqqət və qayğısı, fəal dəstəyi könüllülüyü bugünkü yüksək inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, gənclər üçün böyük fürsətlər yaradaraq onların bu məşğuliyyətə olan həvəsin yaradılmasını təmin edir.
Könüllülük gənclərə yeni dostlar, təcrübə qazandırmaqdan əlavə, auditoriya qarşısında özünü düzgün ifadə etməkdə, gizli qalan bacarıqların ön plana çıxarılmasında mühüm rol oynayır. Hal-hazırda gənclərin bir çoxu könüllüsü olduğu müəssisələrdə işlə təmin olunur. Və gələcək karyeralarını qurur. Bütün bunlar göstərilən əməyin bəhrəsidir, desək, yalan olmaz.
Bir çox böyükmiqyaslı təşkilatların könüllüsü olan gənc olaraq onu deyə bilərəm ki, könüllülük həyatınıza rəngarəng təcrübələr qataraq, daha uğurlu və özünə inamlı gənc olmağımıza şərait yaradır.
Könüldən könüllü olan gənclər, gününüz mübarək!
Ürfanə Əzimova
- Baxış: 240