• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 06.12.2023 18:44

Qida sənayesi və təhlükəsizliyi ilə bağlı forum keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə forum keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir “Qida Sənayesi və Qida Təhlükəsizliyi”nə həsr olunub. Gəncədə ilk dəfə təşkil olunan iki paneldən ibarət forumda qida təhlükəsizliyi sahəsində aparılan mütərəqqi tədbirlər və islahatlardan söz açılıb. Forumu keçirməkdə məqsəd, qida sənayesi sahəsində mövcud çağırışlar və kadr təminatı ilə bağlı məsələləri müzakirə etməkdir. Qida təhlükəsizliyinin də müzakirə edildiyi forumda yeni  qüvvəyə minən qanunların tətbiqindən danışılıb. 

Əli Nəbiyev- AQTİ-nin İdarə heyətinin sədri: “Ölkədə qida təhlükəsizliyinin təminatı və qida təhlükəsizliyi sahəsində tənzimləmə bu sahədə islahatlar, ulu öndərin müvafiq verdiyi tapşırıqlar və göstərişləri əsasında formalaşmışdı. Bu, 90-cı illərdə qəbul olunmuş həm bitki karantini haqqında qanunu, həm baytarlıq təbabəti haqqında qanunu, həm yeyinti haqqında qanunu ilə də öz biruzəsini vermişdi”.

Yaşar Ömərov- ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən: “Azərbaycan Texnologiya Universiteti ümummilli lider Heydər Əliyev tərəfindən onun təşəbbüsü ilə sırf qida sənayesi və şərabçılıq müəssisələri üçün kadr hazırlığını təmin etmək üçün yaradılmışdır. Bu qərar 1970-ci ildə verilmişdir. Həmin sahələrdə fəaliyyət göstərən müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün yaradılmışdır”.

Elnur Rzayev