Monqol Ralli yarışı çərçivəsində Şotlandiya komandası Nissan Leaf elektromobili ilə 13 kilometr məsafə qət edib. Hər il keçirilən Monqol Ralli xeyriyyə marafonu Londondan start götürür və Rusiyanın Ulen-Ude şəhərində sona çatır. Əvvəllər isə finiş Monqolustanın paytaxtı Ulan-Batorda idi. Monqol Ralli klassik ralli-marafonlardan təşkilatçılıq işlərinə görə fərqlənir. Bu yarış bir növ qeyri-adi səyahətdir və cəmi 3 qaydası var: 1-cisi yarışın daha çətin keçməsi üçün avtomobil kiçik və bərbad olmalıdır; 2-cisi komanda xeyriyyə üçün 1000 funt sterlinqdən az olmayaraq maddi vəsait toplamalıdır; nəhayət üçüncü qaydaya görə iştirakçılar marşrut, texniki və digər problemlərlə üzləşdikdə təşkilatçılar heç bir köməklik göstərməməlidirlər. Məhz elə sonuncu qayda ucbatından finişə heç də bütün avtomobillər çatmır. Sonuncu yarışa daxili yanma mühərrikli maşınlardan başqa Plug In Adventures komandasının idarə etidiyi Nissan Leaf elektromobili də qatılıb. Elektriklə işləyən maşın 13 ölkənin yolları ilə təxminən 13 min kilometr məsafə qət edib. Bu məsafə 23 günə gedilib. Bu vaxt ərzində komanda Nissan Leafi 111 dəfə enerji ilə təmin etməli olub. Bir dəfəyə gedilən məsafə isə 185 kilometr olub. Bütün bunlar elektromobillərin uzun məsafəyə yararsız olması haqda deyilən fikirləri alt-üst edir.
Cavanşir Məmmədzadə
- Baxış: 286