KepezTV Player
UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. Qitə futbol qurumu Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb. "Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.
- Baxış: 212