• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 01.12.2023 11:30

Şahmat həvəskarı

“Gəncəm” verilişi olaraq bizim öhdəliyimizə düşən vəzifələrdən biri də məhz istedadlı gəncləri ön planda tutmaqdır. Bu gün də bu şüar altında ünvanlanırıq istedadlı gəncimizin yanına.

Həmzə Rzazadə- şahmat həvəskarı: “Şahmatla 2 ildir ki, məşğul oluram. Şahmat Hindistanda yaranmış, qədim masaüstü oyundur. Şahmat məntiqi təfəkkürü inkişaf etdirməklə yanaşı, insanda güclü əzm və iradə formalaşdırır. Şahmat oynayan insanların digər insanlardan fərqi, daha tez vəziyyətdən çıxma və doğru qərarverməni formalaşdırır. Qısa zamanda şahmatda böyük uğurlarım olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyində oğlanlar arasında I yeri tutmuşam”.

16 fiqurdan - 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyadadan ibarət olan mücərrəd oyun şahmat oyunudur. Bu oyun zaman tələb etsə də, beyinin yaxşı işləməsinə, diqqət dağınıqlığının yox olmasına, planlaşdırma bacarıqlarınızın inkişaf etməsinə, həmçinin, beyinin hər iki yarımkürəsinin işləməsinə müsbət təsir göstərir.

Həmzə Rzazadə- şahmat həvəskarı: “Yeniyetmə və gənclərə şahmatla oynamağı tövsiyə edərdim. Bu oyun onlarda məntiqi təfəkkürü inkişaf etdirəcəkdir”.

Ürfanə Əzimova

ƏTRAFLI...