• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 09.05.2020 20:32

Gəncədə qayda pozanlar barəsində tədbir görülüb

KepezTV Player

Niyazi Bayramov və Əkbər İsmayılov şəhərdə fəaliyyət göstərən iri market və mağazalara, geyim dükanlarına baş çəkib, qeyd olunan məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar.

Şəhər rəhbəri apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb.

Bank və ödəmə terminallarının qarşısında dayanan vətəndaşlarla söhbət aparılıb, növbə zamanı 2 metrlik ara məsafəsinin gözlənilməsinin vacibliyi vurğulanıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərinə də maskadan istifadənin zəruriliyi xatırladılıb.

Reyd zamanı sakinlərə tibbi maskalar paylanılıb, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanunamüvafiq formada tədbir görülüb.