• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 01.04.2020 19:25

Mağaza və apteklərin fəaliyyəti nəzarətdədir

KepezTV Player

Gəncədə koronavirus pandemiyasının qarşısının alınması məqsədilə şəhərdə fəaliyyət göstərən ərzaq mağazaları və apteklərdə nəzarət işləri davam etdirilir. Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev, millət vəkili Naqif Həmzəyev və hüquq mühafizə orqanlarının əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mağaza və apteklərdə olublar.

Yeni Gəncə yaşayış masssivindən başlayan yoxlamalar Mahrasa Bağını da əhatə edib. Rəsmilər Mir Cəlal Paşayev və Təbriz küçələrində qarşılarına çıxan sakinlərlə fərdi olaraq izahedici söhbətlər aparıblar. Ölkədə mövcud olan xüsusi karantin rejiminə sağlamlıqları nöqteyi nəzərdən riayət etməyin vacibliyinə toxunulub.

Saknlərlə yanaşı sahibkarlarla da məlumat-izahedici söhbətlər aparılıb. Yol boyu fəaliyyət göstrən marketlər və apteklərdə olan rayon rəhbəri və deputat səkinlərə səsləniblər.

Alış-veriş edən sakinlərə özünü təcrid tədbirlərinə uyğun davranmağın vacibliyi xatırladılıb. Xüsusilə yaşı 65-dən yuxarı olan şəhər sakinləri evlərinə yola salınıb. Mağaza və apteklərdə süni qiymət artımına yol verilməməsi sahibkarların qarşısında şərt olaraq qoyulub.