• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 28.11.2023 15:18

Ulu Öndərin 100 illik yubileyi qeyd edilib

KepezTV Player

Gəncə Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib. Çıxış edənlər ulu öndərin şərəfli ömür yolundan, tarixi xidmətlərindən danışıblar. Yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü siyasi təşkilat olduğuna diqqət çəkilib. Ümumilli lider siyasətinin təntənəsi olan Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlardan danışılıb. Tədbirdə YAP sıralarına yeni seçilən üzvlərə vəsiqələri təqdim olunub, ardından Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" adlı ekran işi izlənilib.

Ramin Paşayev