• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 03.05.2019 12:16

İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olacaq

KepezTV Player

Abituriyentlər imtahan ərəfəsindədir - azərbaycan və rus dillərindən biliklərini sınamaq üçün. Mayın 5-də 1068 abutiriyent tədris aldığı dildən asılı olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahanlarda iştirak edəcəklər. Magistraturanın ikinci mərhələsinə keçən bakalavrlar isə ixtisas seçimi üzrə qeydiyyatdan keçə bilərlər.

Gəncədə mayın 5-də dildən imtahan verənlər üçün 2 bina ayrılıb. Abituriyentlər saat 11-də başlayacaq imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyətini təsdiq edən sənədin əslini mütləq özləri ilə götürməlidirlər. Təqdim edilən 30 test tapşırığını 45 dəqiqə müddətində cavablandırmalı olan abituriyentlərin göstərəcəyi nəticə “məqbul” yaxud da “qeyri-məqbul”la qiymətləndiriləcək. Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətlənəck və səhv cavablar yekun bala təsir göstərməyəcək. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Cari ilin 9 və 11-ci sinif məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal isə 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. İmtahanların ümumi idarə edilməsi üçün Gəncədə 7 imtahan rəhbəri 120 nəfər nəzarətçi müəllim təyin edilib.

Nəsimi Məmmədov - DİM Gəncə regional bölməsinin müdiri: Məqbul qiymət alan abutiriyentlərin nəticəsi iki il qüvvədədir. Əvvəlki 2018-ci ildə hansı ki, rus bölməsində iştirak edib və həmin imtahandan məqbul qiymət alıblarsa Respublikanın ali və orta ixtisas məktəblərinin qıbil imtahanına sənəd veriblərsə həmin abutiriyentlər bu imtahandan azaddılar. Hansı ki, bu imtahanda iştirak edib məqbul qiymət alırlarsa onların nəticələri həmin və ondan sonraki il qüvvədə olur.

Fevralda magistraturaya qəbul imtahanın birinci mərhələsindən keçərək müsabiqənin şərtlərini ödəyən bakalvrlar isə mayın 7-dək proqram seçimini yekunlaşdırmalıdırlar. İkinci mərhələdə iştirak etmək hüququ verəcək buraxılış vərəqəsini mayın 20-dən 25-dək əldə etmək olar.

Nəsimi Məmmədov - DİM Gəncə regional bölməsinin müdiri: Magistr 3 jurnalında artıq proqramlar verilibdir. Bakalavrlara bu proqramlarla bağlı məlumatlar artıq məlumdur. Onlar öz ixtisaslarına uyğun proqramları seçib təstiq etməlidirlər. Qəbul imtahanında bakalavrlara öz ixtisasına uyğun bir neçə proqram seçmək icazə verilir. Ona görədə bakalvr öz ixtisasın uyğun bildiyi proqramı seçib təqstiq etməlidir.

Magistraturaya qəbul imtahanın ikinci mərhələsi mayın 26-da keçiriləcək.