KepezTV Player
Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və ölkəmizin bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var. Bu fikiri Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alişahbananı qəbul edərkən deyib. Dövlət başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verib, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.
- Baxış: 221