Düşünürük ki, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsipə əsaslanan davamlı sülhü inşa etmək üçün tarixi imkan yaranıb. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə jurnalistərə açıqlayıb. "Azərbaycan daha geniş Avrasiya xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həll modelini yaradıb.", - deyən Hikmət Hacıyev Avropa İttifaqının Fransa kimi bəzi üzv ölkələrinin Ermənistanda militarizasiya proqramını başlatdığını əlavə edib. "Ermənistana bu yox, sülh proqramı lazımdır. Biz həmişə Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatizmi dəstəkləməməsi və regionumuzda erməni revanşizmini və ya geosiyasi oyunları təşviq etməmələri barədə xəbərdarlıq etmişik. Müvafiq Avropa institutları regionda sülh gündəminin təşviqi üçün problemin deyil, həllin bir hissəsi olmalıdırlar". Sitatın sonu.
- Baxış: 129