• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 18.11.2023 11:40

Laçının Zabux kəndinə 25 ailədən ibarət növbəti köç karvanı yola salınıb

KepezTV Player

Laçının yenidən qurulan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə kəndə daha 25 ailə - 103 nəfər yollanıb. İndiyədək Zabuxda 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. İlk köç bu il avqustun 25-də baş tutub.