• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 18.11.2023 11:35

Ayxan Hacızadə Aİ-nin ali komissarının mətbuat katibinə cavab verib

KepezTV Player

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun ölkəmizlə bağlı səsləndirdiyi fikirlər qərəzli yanaşmanın növbəti göstəricisidir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. "Avropa İttifaqı nümayəndəsinin Azərbaycanın birtərəfli hərbi addımlar atmaqda günahlandırılması qəbuledilməzdir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir"-, deyə nazirlik rəsmisi qeyd edib.