Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib. "Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. İstənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir. İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu, yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır”, - deyə, Hikmət Hacıyev əlavə edib.
- Baxış: 194