• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 16.11.2023 18:36

Qərbi Azərbaycan İcması ABŞ Konqresində keçirilən növbəti anti-Azərbaycan tədbiri ilə bağlı bəyanat yayıb

KepezTV Player

Qərbi Azərbaycan İcması ABŞ Konqresində keçirilən növbəti anti-Azərbaycan tədbiri ilə bağlı bəyanat yayıb. “300 mini Ermənistandan olmaqla, bir milyondan artıq azərbaycanlının öz evlərindən zorla qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməyib. Sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ əslində sülhün əldə olunmasına qarşı çıxır. ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq", - deyə bəyanatda qeyd edilib.