Xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə parlamentlərarası ələqələri müzakirə edib. Nazir, müqabil tərəfi Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar barədə də məlumatlandırıb.
Ceyhun Bayramov Krallığın Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə də görüşüb. İkitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək yüksək qiymətləndirilib.
Azərbaycan xarici işlər nazirinin ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşündə yaxın zamanda Təşkilatın ölkəmizdə regional mərkəzinin açılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı təşkilatın gündəliyinə daxil olan bir sıra istiqamətlərdə birgə proqram və layihələrin icrası planları nəzərdən keçirilib.
- Baxış: 147