• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 12.11.2023 18:20

İnsan üçün bir çox faydası olan balığı alarkən nələrə diqqət edilməlidir?

KepezTV Player

Satıcı: “Gəlin, təzə balığa. Kür balığıdır, bu gün səhər gəlib. Balığın gözəlliyinə baxın, təzə balıq”.

Gəncədə balıq satışı məntəqələrində canlanma var. Payız fəslinin gəlişi ilə əlaqədar olaraq könlü balıq istəyənlər üz tuturlar satış məntələrinə. Alıcılar öz ağız dadlarına uyğun olaraq istədikləri balıq növünü də ala bilirlər. Yetər ki, əlləri ciblərində olsun. Qiymətlər də ötən ilə baxanda heç də baha deyil. Balığın növündən asılı olaraq 1-8 manat arası alıcılara təklif edilir, balıq. Alıcılar isə ən çox sümüyü az olan balıq növlərinə üstünlük verir. Sudak, xanı balığı, sazan kimi balıqlara tələbat çoxdur.

Ceyhun Abdullayev- alıcı: “Gəldim, sazan balığı aldım. Qiyməti də 8 manat idi. Qulağına baxdım, təmizdir, sərfəlidir”.

Zəka Nəbiyev- alıcı: “Belamur və sudak balığı aldım. Qiymətlərd də münasibdir, hər kəsin cibinə uyğundur. Balığa da baxdım, təzədir. Hər kəsə də məsləhət görürəm ki, gəlib təzə balıq ala bilər”.

Namiq Həsənov- alıcı: “Karpla, taxta balığı aldım. Qiymətlər normaldır. Məşğul olmuşam. Başım çıxır, həmişə aldığım balıqdır. Ən gözəl balıq da taxtadır. Sümüyü çox ola bilər, ancaq çox dadlı balıqdır”.

Alıcılıq qabiliyyətindən razı olan satıcılar balıqların təzəliyinə fikir verdiklərini deyirlər. Çünki balıq, insanda tez zəhərlənmə ilə müşahidə edilir. Bu baxımdan satıcılar müştərini qarçırmaq istəmir.

Vaqif Qurbanov- satıcı: “Kürün qırağından gəlir. Burada hamısı Kürdən gələn balıqlardır. Göl balığı satılmır, olanda da deyirik ki, bu Kür və yaxud da göl balığıdır. Gələndə baxırıq görürük ki, balıq yaxşıdır götürürük, yaxşı olmayanda qaytarırıq. Üzünə baxan kimi bilirsən ki, bu balıq təzədir, yoxsa qalmışdır. Əti bərk olanda təzə olur, boş olanda köhnə olur”.

Elnur Nəzərov- satıcı: “Təzə balığı biz tanıyırıq. Üzünə baxan kimi təzəliyi bilinir. Köhnə balıq da olanda tullayırıq. Qulağı qırmızı olanda təzə olur. Elə balıq var qulağı açıq qırmızı olur, elə balıq var tünd qırımızı olur”.

İstənilən halda balıq alarkən ehtiyatı əldən vermək olmaz. Sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə saxlanılan və satılan məhsullardan uzaq durmaq lazımdır.

Əli Quluyev- həkim-infeksionist: “Əgər köhnəlmiş balıq qəbul etsəniz, ağır qida toksiki infeksiyasının yaranmasına şərait yaratmış olursunuz. Həmin qidalar 30 dəqiqə sonra insanda özünü müxtəlif əlamətlərlə biruzə vermiş olur. Elə xəstələr var ki, onlarda qastroenterid əlamətləri ilə başlayır - ürəkbulanma, qusma, qısamüddətli ishal müşahidə edilir. Əgər xəstəlik daha ağır formaya keçsə, buna, elmdə botulizim deyilir”.

İnsan orqanizmi üçün bir çox faydaları olan balıq bədəndə müxtəlif vitaminlərin artırılmasına kömək edir. Odur ki, faydanın üstünlüyünü rəhbər tutaraq, ehtiyatı da əldən vermək lazım deyil. Deyilən tövsiyələr isə sağlamlığınızın qarantıdır.

Elnur Vahidoğlu