• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 12.11.2023 17:53

Azərbaycanda Konstitusiya Günü qeyd edilir

KepezTV Player

Bu gün Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu vasitəsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiyaya sadiqliyinin göstəricisidir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq hər il noyabrın 12-i Konstitusiya Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendumnan Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilib. Nəticədə əsas qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Bu il artıq üçüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2023-cü il sentyabrında Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması məqsədilə bölgədə 23 saatdan bir qədər çox davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.