Türkiyənin Gəncədəki Baş Konsulluğunda vəfatının 85-ci ildönümündə Mustafa Kamal Atatürkü anım mərasimi keçirilib. Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər. Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Türkiyə Cümhuriyyətinin qurucusuna həsr olunan videoçarx nümayiş etdirilib.
Recep Öztop- Türkiyənin Gəncədəki Baş konsulu: “Gəncə İcra Hakimiyyətimiz, YAP, mətbuat nümayəndələrimiz, soydaşlarımız və alimlərimiz bu vacib gündə bizi tək qoymadılar. Atamızın o günlərdəki nailiyyətlərini, qəhrəmanlıqlarını və gələcəyə baxışlarını yenidən danışmaq və görmək fürsətimiz oldu”.
Pərvin Abbaszadə
- Baxış: 275