"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi". Bunu İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib. "Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə təklif etməyə hazırıq", - deyə İran Prezidenti bildirib. Prezidenti İlham Əliyev deyib ki, əvvəlki illərdə də regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərin şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. "Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər" - dövlət başçısı əlavə edib.
- Baxış: 219