Gəncə Dövlət Universtetinin nəzdində olan Regional Kollecdə Zəfər Gününə həsr edilən tədbir keçirilib. Vətən müharibəsində qazanılan Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələrindən olmasından danışılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsinin yaratdığı qürurdan söz açılıb. Qazanılan zəfərin tarixdə əbədi qalacağı vurğulanıb. Zəfər Günü həm də Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün rəmzi olaraq dəyərləndirilib. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə hər kəsin “Dəmir yumruq” ətrafında birləşdiyi xatırlanıb. Tədbirdə kollec tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Elnur Rzayev
- Baxış: 161