KepezTV Player
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Prosesdə dövlət ittihamçıları çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər. Dünən keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
- Baxış: 220