• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 05.02.2019 15:57

Sahibkar qadınlar görüləcək işləri müzakirə edib

KepezTV Player

Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi ötən il 3 böyük layihə həyata keçirib. Onlardan ən böyüyü  qeyri formal fəaliyyət göstərən sahibkar qadınların vergi orqanlarında sahibkar subyekti kimi qeydiyyata alınması olub. Bakı, Gəncə və Lənkəran şəhərlərində həyata keçirilən bu layihədən 90-dan çox qadın bəhrələnib. Ailə sahibkarlığı ilə məşğul olaraq öz bizneslərini genişləndiriblər.  Bu fikirlər “Sahibkar Qadınlar” İctimai Birliyinin faəliyyəti haqqında keçirilən dəyirmi masada səsləndirilib. Evdar qadınların sahibkarlığa cəlb olunması, maarifləndirilməsi və qadınların əl işlərindən ibarət sərgilərin təşkil edilməsi də təşkilatın gördüyü işlərdən olub. Hazırda Respublikada birliyin 7 mindən çox sahibkar qadın üzvü var ki, onun da 500-dən  çoxu qərb regionunda fəaliyyət göstərir.