• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 10.11.2017 12:54

Kafedə dava düşdü, 2 nəfər yaralandı

KepezTV Player

Ağstafada kafelərin birində dava olub. Rayonun Pirli kənd sakini, 25 yaşlı Teyyub Qurbanzadə ilə Eynallı kənd sakini, 30 yaşlı Rövşən Abdullayev arasında mübahisə düşüb. Nəticədə onlar əlbəyaxa olublar və hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.Rayonun Həsənsu kəndində də döyülmə hadisəsi olub. Kənd sakini, 38 yaşlı Tükazban Əliyeva mübahisə zəminində bacısı tərəfindən döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.Faktlarla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı