• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 05.11.2023 19:50

Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib

KepezTV Player

Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib. Piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu çox saylı qəlpə yarası xəsarətləri alıb. Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. Tərtər rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı araşdırma aparılır.