Uşaqlıq dövründə başlanan idman, sağlam böyümə və gümrah bir bədən baxımından böyük əhəmiyyət daşıyır. İdman, eləcə də intizamlı həyat tərzinə və yaxşı ətrafa sahib olmağa da köməkçi olur. Ancaq bəzən valideynlər seçimlərində yanılırlar. Uşaqlarını idmana göndərmək istəyənlərə xüsusi tövsiyələr var. İzləyək
İdman uşaqların fiziki, mental və ruhi inkişafını dəstəkləyən çox əhəmiyyətli bir vasitədir. Eyni zamanda idman sayəsində uşaqların özünə inamları artır. Müasir həyat şərtləri yeni nəsillərin çox hərəkət etmədən yaşamağına səbəb olur. Bu baxımdan idman uşaqların, gənclərin inkişafı üçün çox önəmlidir.
Hərəkətsiz həyat xəstəlikləri hər keçən gün artırır. Valideynlər deyir ki, uşaqlar kiçik yaşlarından idman vərdişi qazanmalı, yalnız idman müsabiqələrini seyr edən deyil, şəxsən iştirakçıları olmalıdırlar. ((SOT ХР 00:00:00 NAME: Ələddin Qasımov TITLE: valideyn TEXT: İdmana kiçik yaşlardan önəm vermək lazımdır. Sağlamlıq baxımından çox yaxşıdır.
müxtəlif növləri ilə məşğul olmaq, idmana maraq göstərmək, nəticələr qazanmaq uşaqların gələcəyini sağlam təməllər üzərində qurmaq baxımından faydalıdır. İdman seçimləri baxımından peşəkar yanaşma sonraki fəsadların yaranmaması üçün vacib əhəmiyyət daşıyır. Bu baxımdan seçim edərkən, bölgə üzrə aktuallıq təşkil edən idman növlərinin üzərində dayanmaq məsləhət görülür.
Azyaşlı uşaqlar qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Dolayısı ilə idman seçimləri zamanı, valideyn övladının sadalananları edə bilib-bilməməsi ilə bağlı fikir yürütməlidir. Gimnastika, qaçma, futbol, aikido, yüngül atletika və idman rəqsləri kimi ilkin idman vərdişləri mütəxəssis tərəfindən övladını idmana həvəsləndirmək istəyən valideynlərə tövsiyə olunur.
Valideynlər idman sahəsində övladlarının qarşısına yüksək hədəflər qoymaq əvəzinə onlara daima mənəvi dəstək olmalıdır. Bu zaman övladlarının özgüvəni və nailiyyətləri daha çox olur. İstənilən halda, sağlam ruhlu gəncliyin yetişməsində idmanın da əvəzsiz rolu var.
- Baxış: 545