• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 25.03.2019 17:29

Evlərdən oğurluq edənlər yaxalandılar

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyevi tutublar. Onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Oğurlanan əşyalar Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Bir qismi Sabunçu bazarında satılıb. Əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyaların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.