KepezTV Player
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirib. Bununla əlaqədar olaraq, Qərbi Azərbaycan İcması bəyan edir ki, Almaniyadan gələn nümayəndə heytinin belə bir görüş ilə bağlı quruma heç bir sorğu gəlməyib. Və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur. Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb.
- Baxış: 210